"FETO"çu olduğu deyilən AXCP üzvünün məhkəməsi başladı
13 aprel 2017 11:12 (UTC +04:00)

"FETO"çu olduğu deyilən AXCP üzvünün məhkəməsi başladı

0

 

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə  məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim təqsirləndirilən şəxsdən ittiham aktı və digər məhkəmə sənədlərini alıb-almadığını soruşub. Fuad Əhmədli sənədləri aprelin 10-da aldığını bildirib.

 

Hakim bildirib ki, onun ittiham aktının alması ilə bağlı qəbz məhkəməyə gəlib çatmayıb. Bu səbəbdən hazırlıq iclasının davamını aprelin 25-ə davam etdiriləcək.

 

Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

 

Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

 

Fuad Əhmədli əvvəlcə Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar