"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun barəsindəki cinayət işi məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Çingiz Cəlilov ifadə vermək təklif olunsa da, o yazılı şəkildə ifadəsini məhkəməyə təqdim edib.
Daha sonra təqsirləndirilənin vəkili Janna Bağırova bir neçə vəsatətlə çıxış edib.
Vəkil müvəkkili barəsində ev dustaqlığa qətimkan tədbirinin seçilməsini və iş üzrə maliyyə-mühasibatlıq ekspertizasının keçiriləməsini istəyib.
Vəsatətlərlə bağlı qərar iyulun 12-də veriləcək.
Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov "Standart Bank"ın idarə heyyətinin sədri Səlim Krimanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər.
Çingiz Cəlilov və yaxınları aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.
Səlim Kriman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.