<span style="color:red;">Bazarda faciə:  4 yaşlı oğlan ehtiyatsızlığın qurbanı oldu
20 fevral 2014 12:50 (UTC +04:00)

Bazarda faciə: 4 yaşlı oğlan ehtiyatsızlığın qurbanı oldu

Fevralın 19-da Sumqayıt şəhərində faciəvi hadisə baş verib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini 4 yaşlıı Yusif Əlizadənin boğazında şüşə kürəcik qalıb. Xəstəxanaya aparılan azyaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilir ki, azyaşlı oğlan valideynləri ilə birgə Sumqayıt şəhərindəki bazar-yarmarkaya alış-verişə gedib. Burada əlinə keçən şüşə kürəciklə oynayan uşaq onu ağzına salıb. Şüşə kürəcik uşağın boğazına gedib və onun boğulmasına səbəb olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 3633
avatar

Nizam Rza

Oxşar yazılar