Azərbaycanla  sülh müqaviləsi   imzalanmasının vaxtı çatıb - Paşinyan
14 may 2024 16:16 (UTC +04:00)

Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb - Paşinyan

“Azərbaycanla əldə olunan razılaşmaların sülh sazişinə əlavə etməklə bu müqaviləni imzalamağın vaxtı çatıb”.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitindəki çıxışında bildirib.

Ermənistan hökumətinin başçısı həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub. O bildirib ki, bu sənəd 1991-ci ilə aid Almatı bəyannaməsinə əsaslanır:

“Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri əsas kimi götürməliyik. Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib”.

Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Azərbaycan, Fransa, Aİ liderlərinin və onun iştirakı ilə keçirilən görüşdə əldə olunub: “Bu, Praqada baş verib. Hazırda isə bütün bu razılaşmaları sülh müqaviləsində əks etdirməyin və onu imzalamağın vaxtıdır”.

O həmçinin “Sülh kəsişməsi” layihəsinə də toxunaraq, həmin təşəbbüsün tərəflər arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Oxşar yazılar