Hazırda ala biləcəyiniz ən yaxşı telefonlar
14 may 2024 11:59 (UTC +04:00)

Hazırda ala biləcəyiniz ən yaxşı telefonlar

Amerikanın “TechRadar” texnoloji saytı may ayı üçün alına biləcək ən yaxşı smartfonların reytinqini tərtib edib. 

Lent.az xəbər verir ki, siyahının başında “iPhone 15”in əsas versiyası gəlir. 

İkinci yerdə yüksək performanslı prosessoru, qabaqcıl kamerası və davamlı titan korpusu sayəsində “Apple”ın ən çox yönlü smartfonu kimi tanınan “iPhone 15 Pro Max” qərarlaşıb.

Üçüncü yeri süni intellekt funksiyalarına malik ən optimal Android smartfonlarından biri kimi tanınan “Google Pixel 8” tutub, istehsalçı isə uzunmüddətli proqram təminatı dəstəyini təmin edir.

Dördüncü yeri “Samsung” tarixinin ən yaxşı smartfonlarından biri kimi tanınan “Samsung Galaxy S24 Plus” tutub. Əla kamera, displey və inkişaf etmiş interfeysə malikdir.

“Samsung Galaxy S24 Ultra” bazarda ən çox yönlü Android smartfonu kimi beşinci yerdədir.

“OnePlus 12R” altıncı yeri tutub. O, təsirli batareyası ilə seçilir. Yeddinci yeri kamerası və dizaynı ilə təriflənən qatlana bilən “OnePlus Open” qazanıb.

“Motorola Razr Plus” siyahıda səkkizinci yerdədir. Ondan sonra ən yaxşı büdcəli Android smartfonu kimi “Google Pixel 7” gəlir. Onuncu yeri daxili neyron şəbəkəsinə malik “Google Pixel 8 Pro” tutub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11718
avatar

Sevinc Fərid

Oxşar yazılar