<span style="color:red;">(R)  Tarif siyasəti ilə əlaqədar Azercell Telecom MMC-nın rəsmi bəyanatı
21 aprel 2014 15:37 (UTC +04:00)

(R) Tarif siyasəti ilə əlaqədar Azercell Telecom MMC-nın rəsmi bəyanatı

Azercell Telekom MMC trafik mübadiləsi üzrə qiymətlərin aşağı salınması ilə əlaqədar Tarif Şurası və Nazirlər Kabinetinin verdiyi qərarı bütövlüklə dəstəkləyir, çünki sözügedən qərar ilk növbədə abunəçilərin maraqlarına qulluq edir.

 

Mobil rabitə bazarının lider şirkəti olaraq biz müştərilər üçün “qiymət-

keyfiyyət” nisbətinin əhəmiyyətini dərindən anlayırıq. Biz abunəçilərimizin 

gözləntilərini daha yüksək səviyyədə qarşılamaq üçün planlı şəkildə, daim öz 

tariflərimizi yeniləyirik. Hal-hazırda mobil bazarın bir oyunçusu ilə fəal danışıqlar 

mərhələsindəyik. Sözügedən şirkətlə bizim aramızda trafik mübadiləsi üzrə 

“assimetrik tarif” tətbiq olunur: bu o deməkdir ki, tərəfimizdən həmin operatorun 

şəbəkəsinə göndərilən trafikin tarifi, onun bizə göndərdiyi trafikin tarifindən 

daha yüksək təyin olunub. Azercell Telekom həmin operatora dəfələrlə müraciət 

edərək, trafik mübadiləsi üzrə tarif siyasətinə yenidən baxılmasını təklif etmiş, 

tariflərin bərabər səviyyəyə gətirilməsinə, mobil xidmətlər bazarında isə rəqabətin 

güclənməsinə təkan verəcək addımların atılmasına çağırmışdır. Biz qeyd 

olunan danışıqların təşəbbüskarı kimi çıxış edərək, səylərimizin müvafiq dəstək 

alacağına inanırıq, çünki bu səylər birbaşa olaraq bütün operatorların abunəçiləri 

üçün faydalı sayılan şəbəkəxarici zənglərin tariflərinin endirilməsinə xidmət edir.

 

 

Biz mövcud vəziyyətin qısa müddətdə həll olunmasında əminik: fikrimizcə, 

bazardakı bütün oyunçuların fəaliyyəti, nəticə etibarı ilə, müştərilərin daha 

müsbət təcrübə ilə üzləşməsinə və onlara göstərilən xidmət səviyyəsinin 

təkmilləşməsinə təsir etməlidir. Bu hadisələrin müsbət məcrada inkişafı, bizim 

şəbəkədaxili tariflərin tətbiqində çevik olduğumuz kimi, şəbəkəxarici tariflərdə 

də eyni, müştəri yönlü yanaşmanı tətbiq etməyə imkan verəcək. Misal üçün, 

yalnız ötən il ərzində 3-cü dəqiqədən sonra pulsuz danışıq fürsəti yaradan Bölgə 

tərifi çərçivəsində endirimlər 50%-dan çox təşkil etmiş, nəticədə isə bu tarif bir 

milyondan artıq abunəçini cəlb etmişdir. Məhz bizdə üç milyondan artıq abunəçi, 

yəni abunə bazamızın 70%-i, 3-cü dəqiqədən sonra sıfır tarifi ilə danışır: bunların 

bir milyonu regional, digər iki milyonu isə gənclər üçün tariflərdən yararlanırlar. 

 

Şirkətimiz müxtəlif seqmentlər üçün sərfəli təkliflər təqdim edir: tələbələr, dövlət 

qulluqçuları, veteranlar, jurnalistlər, bölgə sakinləri – hər bir abunəçi özünə daha 

sərfəli olan tarifi rahatlıqla seçə bilər. 

 

 

Tariflərin aşağı salınması ilə bərabər, Azercell daim öz şəbəkəsinin və müştəri 

xidmətlərinin təkmilləşdirilməsinə, yeni innovativ xidmətlərin yaradılmasına vəsait 

yatırır. Şirkətimiz bundan sonra da bütün abunəçilərə ən sərfəli və keyfiyyətli 

xidmət göstərmək naminə səylərini davam etdirəcək.

 

Hörmətlə,

Azercell Telekom MMC

# 1256
avatar

Oxşar yazılar