"Beynəlxalq Bank" işində tutulan türkiyəli iş adamının etirazına baxıldı
04 mart 2016 13:33 (UTC +04:00)

"Beynəlxalq Bank" işində tutulan türkiyəli iş adamının etirazına baxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərən və geri qaytarmayan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz verdiyi apellyasiya şikayətinə baxılıb. Şikayətçi Nərimanov Rayon Məhkəməsinin onun barəsində həbs qətimkan tədbirinin müddətinin üç ay artırılmasına etiraz edib. 

 

 

 

Lent.az-ın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.

 

Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ilin may ayında saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Səlcuq Elçin

Oxşar yazılar