Çay evində dava salaraq soyğunçuluq edən şəxs saxlanılıb.
Lent.az-ın məlumatına görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Zorge küçəsində yerləşən çay evində Babək rayon sakini Eyyub Yaqubovu döyərək, 45 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Rakif Xəlilov tutulub.