<b>İşdən qovulan generalın oğlu hakimdən vaxt istədi - <span style="color:red;">SON SÖZ </b>
06 dekabr 2017 17:33 (UTC +04:00)

İşdən qovulan generalın oğlu hakimdən vaxt istədi - SON SÖZ

 

General Novruzəli Orucovun xuliqanlıq etməkdə təqsirləndirilən oğlu Rüstəm Orucovun, onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam edib

 

Lent.az- ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənsirilən R.Orucovun vəkili Kamandar Nəsibov müdafiə çıxışını başa vurub.

 

Daha sonra R.Orucov və digərləri isə son sözə hazır olmadığını deyib və buna görə də məhkəmədən vaxt istəyib.

 

Məhkəmə dekabrın 15-də davam edəcək.

 

Xatırladaq ki, prokuror çıxışında  Rüstəm Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

 

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

 

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən digər iki nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Səlcuq Elçin

Oxşar yazılar