[b]Novxanı çimərliyində 2 meyit tapıldı - <span style="color:red;">YENİLƏNİB [/b]
01 avqust 2017 12:44 (UTC +04:00)

[b]Novxanı çimərliyində 2 meyit tapıldı - YENİLƏNİB[/b]

Bazar günü Goradil çimərliyində dənizdə batan iki gənc oğlanın meyiti tapılıb. Lent.az xəbər verir ki, suda boğularaq ölən 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlunun meyiti Novxanı çimərliyində aşkarlanıb.

 

Qeyd edək ki, vəfat edən gənclrin hər ikisi Cəlilabad darayon sakinidir və çimərliyə birgə gediblər.

 

*****

 

10:35

 

 

Dünən Goradil çimərliyində dənizdə batan şəxslərin kimliyi məlum olub. Lent.az xəbər verir ki, küləkli hava şəraitində suda boğularaq ölən şəxslər 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu olub. Onların hər ikisi Cəlilabad darayon sakinidir və çimərliyə birgə gəliblər.

 

Hazırda suda boğulan gənclərin meyitinin tapılması istiqamətində iş aparılır.

 

 

 

*****

 

 

30 iyul

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 2 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşların axtarışlarına başlanıb.

 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar