Həbsdə olan jurnalist Xədicə İsmayılın Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinin baxılacağı vaxt məlum olub.
Bu barədə Lent.az-a Xədicə İsmayılın vəkili Fariz Namazlı məlumat verib. O, bildirib ki., mayın 25-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılmasını və jurnalist azadlığa buraxılmasını istəyib
Qeyd edək ki, Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. X.İsmayılın vəkilləri həmin qərardan kasassiya şikayəti verib və jurnalistin azadlığa buraxılmasını istəyiblər.