Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xaricdən Azərbaycana soyuq silah gətirilməsinin qarşısı alınıb.
Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Frankfurt-Bakı, İstanbul-Bakı və Moskva-Bakıaviareyslərilə gələn Azərbaycan vətəndaşlarından soyuq silahlar - 1 ədəd “beşbarmaq”, 3 ədəd bıçaq, eləcə də 1 ədəd silah darağı və 1 ədəd nişangah aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, belə əşyaların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə görə məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur.