[b]Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir qismini ödədi[/b]
13 iyun 2017 11:53 (UTC +04:00)

[b]Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir qismini ödədi[/b]

0

 

"Rabitə işi" üzrə təqsirləndirilən nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir qismini ödəyib.

 

 

Lent.az-ın əldə etdiyi məlumata görə, Vidadi Zeynalov bu həftə ərzində dəymiş ziyandan daha 2 milyon manat dövlətə pul ödəyib.

 

İstintaq orqanı Vidadi Zeynalovun ümümi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğunu hesablamışdı.

 

İstintaq dövründə də müəyyən ödəniş edən Vidadi Zeynalovun hazırda 4 milyon 220 min manat borcu qalıb.

 

Vidadi Zeynalovdan başqa Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev də dövlətə dəymiş ziyanı tam ödəyib. İttiham tərəfi onun 567 min manat ziyan vurduğunu iddia etmişdi.

 

Prokuror Fərid Nağıyev çıxış edərək Vidadi Zeynalova 14 il, Anar Mustafayevə 8 il azadlıqdan məhrum etmə cəzası istəmişdi.

 

Xatırladaq ki,  bir həftə qabaq BTRİB-in sabiq  rəhbəri Beytulla Hüseynovda dövlətə vurduğu 10 milyon ziyanı tam ödəmişdi.

 

Qeyd edək ki, " Rabitə işi" işi üzrə təqsirləndirilən 11 şəxsdən 9-u artıq ayrı-ayrıllıqda vurduqları ziyanı tam ödəyib.

 

 

Rabitə Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 4 milyon 220 min , "Azərpoçt MMC" Qəmbər Bəybalayev 3 milyon manat borcu qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar