Bu gün Binəqədi Rayon Məhkəməsində “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində prokurorluğun verdiyi təqdimata baxılıb.
Lent.az-ın məlumatına görə, onlar barəsində həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Qeyd edək ki, Hər 3 şəxs keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru N.Məmmədov və Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.