Türkiyədən Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Səyalə Nağıyeva və 1989-cu il təvəllüdlü Nisə Babayevanın cinayət işi üzrə məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 1-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2017-ci ilin yanvarında psixotrop maddəni şəxsi istehlak məqsədilə Türkiyədən Azərbaycana paltarlarında olan gizli saxlanc yerində keçirərkən saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləinin 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.