Türkiyədə PKK-a tərəfindən terror aktı törədilib.
Lent.az-ın Doğan Agentliyinə istinadən məlumatına görə, Vanda baş verən partlayış nəticəsində iki polis şəhid olub, biri isə ağır yaralanıb.
Hadisə 09:30 radələrində baş verib. Yola bomba qoyulduğu haqqında polisə məlumat verilib. Polislər isə bombanı zərərsizləşdirmək istəyərkən bomba partlayıb.
Hüquq mühafizə orqanların tərəfindən araşdırmalar başladılıb.