
Toyuq hinində narkotik becərən saxlandı
İsmayıllı rayonunda toyuq hinində narkotik yetişdirən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Quşencə kənd sakini, 28 yaşlı Turab Alıyev saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Laçında yanğın olan ərazidə partlayış - VİDEO-YENİLƏNİB
17 iyul 2025 , 00:02
Zaqatalada məzuniyyətə gələn hərbçinin meyiti tapıldı
17 iyul 2025 , 00:00
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49