Taleh Bağırovun müavini ev dustaqlığına çıxa bilmədi
23 may 2016 16:22 (UTC +04:00)

Taleh Bağırovun müavini ev dustaqlığına çıxa bilmədi

0

Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırovun sədri olduğu “Müsəlman Birliyi Hərəkat”ın sədr müavini Elçin Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərara əsasən, E.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də tutulub. E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

 

 

 

 Xatıraldaq ki, aprelin 23-də Nəsimi rayon Məhkəməsində E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün məhkəməyə müraciət edib. Nəsimi rayon Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar