Taleh Bağırov barəsində verilən ittahamda dəyişiklik olub. Lent.az-ın məlumatına görə, bunu vəkil Cavad Cavadov deyib.
T.Bağırova yekun ittiham elan olunub və ttiham edildiyi 214-cü (terrorçuluq) maddə 28, 214-cü (terorçuluğa hazırlıq) maddəsinə töfsif edilib.
****
"Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun və digər 20 nəfərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir.
ent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov özünün feysbuk səhifəsində məlumat yayıb. O bildirib ki, istintaq orqanı tərəfindən T. Bağırova qarşı yeni məzmunda yekun ittiham aktı elan edilib. cinayət işi üzrə ibtidai istintaqın yaxın günlərdə yekunlaşacağını bildirib.
Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.
T. Bağırov Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.