<b>Taleh Bağırov ev dustaqlığına buraxılmadı</b>
20 may 2016 18:24 (UTC +04:00)

Taleh Bağırov ev dustaqlığına buraxılmadı

0

Bakı Apellyasiya Taleh Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına görə, şikayət təmin edilməyib. C.Cavadov bildirib ki,

Qeyd edək ki, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, ötən gün Nəsimi Rayon Məhkəməsində T.Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar