<b>Suriyada Bəşər Əsədə qarşı döyüşən azərbaycanlılar şikayət edir</b>
04 may 2016 17:00 (UTC +04:00)

Suriyada Bəşər Əsədə qarşı döyüşən azərbaycanlılar şikayət edir

0

Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov birinci instasiya məhkəməsinin hökmündən şikayəti veriblər.

 

Lent.az-ın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun icraatına verilib. İlkin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, 2014-cü ildə S.Baxışov, R.Cəfərov, E.Quliyev, M.Məmmədəliyev, Ə.Həsənov və M.Mərdanov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

2015-ci ilin iyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev və M.Məmmədəliyev 13 il, S.Baxışov, Ə.Həsənov, R.Cəfərov və M.Mərdənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar