<b>Sumqayıtda ağır qəza:</b> ölən və yaralanlar var
12 aprel 2014 12:58 (UTC +04:00)

Sumqayıtda ağır qəza: ölən və yaralanlar var

 Aprelin 11-də Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Daxili İşlər  Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Saray qəsəbə sakini Məmmədəli Əliyevin idarə etdiyi “VAZ-2107“ və Sumqayıt şəhər sakini Pərviz Salamovun idarə etdiyi “ZiL” markalı avtomobillər toqquşub. M. Əliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı beton səddə çırpıb.

 

M.Əliyevin sərnişinlərindən, Saray qəsəbə sakini Faiq Muxtarov hadisə yerində ölüb, özü və digər sərnişini, Saray qəsəbə sakini Rüfət Novruzov xəstəxanaya yerləşdirilib. 

 
# 1167
avatar

Oxşar yazılar