Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1989 Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.
İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.