[b]Şahidlər həbsdə olan keçmiş deputatın əleyinə ifadə verib[/b]
02 mart 2017 14:05 (UTC +04:00)

[b]Şahidlər həbsdə olan keçmiş deputatın əleyinə ifadə verib[/b]

 

 

Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

 

Şahid qismində dindirilən "İntertekstil" şirkətinin əməkdaşı Paşa Namazov ifadəsində qeyd edib ki, bankdan kredit götürmək üçün sənədləri imzalamaq tələb edilib. Onlara bildiriblər ki, şirkətə pul lazımdır.

 

Digər şahid Bayram Əliyev ifadəsində Paşa Namazovla eyni şirkətdə çalışdığı və rəhbərliyin göstərişi ilə sənədlərə qol çəkdiyini deyib: "Dedilər, fabrikə kömək etmək üçün kredit götürmək lazımdır. Biz də deyilənləri etdik".

 

Prosesdə dindirilən Şahin  Qulamov adlı şahid isə Dünyamin Xəlilovun göstərişi ilə banka gedib sənədlərə qol çəkib: "Bizə baş mühasib dedi ki, Dünyamin müəllim bununla bağlı göstəriş verib. Biz də gedib imzaladıq".

 

 

Bundan əlabə bir neçə şahid eyni məzmunlu ifadələr verib.

 

Proses martın 9-da davam edəcək.

 

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

 

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21