[b]Sabirabadda Amerika yenotu tutulub[/b]
08 noyabr 2016 10:24 (UTC +04:00)

[b]Sabirabadda Amerika yenotu tutulub[/b]

 

Sabirabadda Amerika yenotu tələyə düşüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaraqaşlı kənd sakini, Salman Muradov toyuq-cücəsini vəhşi çöl yırtıcılarından - tülkü, çaqqal və s. qorumaq üçün yaşadığı təsərrüfatda tələ qurub. Tələyə Aranda yaşamayan və rast gəlinməyən yırtıcı heyvan düşüb. Salman Muradov deyir ki, internetin köməyi tələyə düşən heyvanın Amerika yenotu olan “zolaqlı yenot” olduğunu müəyyənləşdirə biliblər.

 

Qeyd edək ki, yenotlar Amerikanın mülayim və tropik ərazilərində, Kanadanın cənubundan Argentinaya qədər ərazilərdə yaşayır. Bəzi yenotlar son 50 ildə insanların vasitəsilə Avropaya gətirilib. Əsasən düzən meşəliklərdə yaşayan qiymətli xəzi olan yenotların nümayəndəsinin Sabirabad rayonunda necə peyda olması maraq doğurur.

 

Yenotun necə qidalandığını internetdən öyrənən sakinlər jeyvana həmin qidalardan verirlər.

 

Yenota rayon baytarları da baş çəkib. Murad Salmanov deyir ki, yenotun ayağı sağaldıqdan sonra onu zooparka təhvil verməyi düşünürlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

APA Baycan

Oxşar yazılar