<b>Sabiq polis rəisinə pul atan qadın şikayətçidir</b>
08 oktyabr 2016 10:08 (UTC +04:00)

Sabiq polis rəisinə pul atan qadın şikayətçidir

Sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşova birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

 

 

 

Lent.az-ın məlumatına görə, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun icraatına verilib. Məhkəmənin ilkin bnaxış iclası oktyabrın 10-a təyin edilib.

 

 

 

Qeyd edək ki, A. Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

 

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.

 

A. Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Səlcuq Elçin

Oxşar yazılar