<b>Sabiq nazirin məhkəməsinin vaxtı məlum olub</b>
02 may 2016 13:41 (UTC +04:00)

Sabiq nazirin məhkəməsinin vaxtı məlum olub

0

 

Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olmuş Nicat Quliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

 

Bu barədə Lent.az-a vəkil Əfqan Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, iş baxılması üçün Ali Məhkəmənin hakimi Əli Seyfullayevin icraatına verib. Kassasiya şikayətinə mayın 25-də baxılacaq. 

 

Qeyd edək ki, N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Nicat Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olub.

Sabiq xarici iqtisadi əlaqələr naziri 2004-cü ilədək Abxaziya prezidentinin müşaviri işləyib. Həmin ildə Azərbaycana qayıdan N.Quliyev bizneslə məşğul olub. O, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunsa da, azadlığa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar