Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, rayonun Fətəlikənd və Azadkənd yaşayış məntəqələrini birləşdirən yolda 1957-ci il təvəllüdlü Cabbarov Şakir Əlipaşa oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə sürücü aldığı xəsarətlərdən vəfat edib. Avtomobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.
*****
21:23
Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Cabbarov Şakir Əlipaşa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ölüb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.