![[b]Rüşvətə görə tutulan polisin işində istintaq rəisi ifadə verdi[/b]](https://lent.az/storage/news/2019/march/28/big/c1f68b4b176ae567a98a1e6fe52aa558.jpg)
[b]Rüşvətə görə tutulan polisin işində istintaq rəisi ifadə verdi[/b]
Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Namiq Qocayev deyib ki, Elvar Xəlilov həbsdə olan zaman Z.Məmmədov işlə bağlı onun yanına gəlib:
"İşi keçmiş müstəntiq Vüqar Abbasov araşdırırdı. Zərərçəkmişlər hər gün bizə zərərin ödənilməsi ilə bağlı müraciət edirdilər. Bizdə zərərin ödənilməli olduğunu Zakirə bildirdik".
Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin edilib.
Qeyd edək ki, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.
Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.
E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.
Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
E.Xəlilov iş üzrə şahid qismində tanınır.
Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır.
E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə ümumilikdə 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağını vəd edib.
Oxşar yazılar

Laçında yanğın olan ərazidə partlayış - VİDEO-YENİLƏNİB
17 iyul 2025 , 00:02
Zaqatalada məzuniyyətə gələn hərbçinin meyiti tapıldı
17 iyul 2025 , 00:00
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49