[b]Rusiyada azərbaycanlı "killer"in məhkəməsi başlayır[/b]
11 yanvar 2018 18:34 (UTC +04:00)

[b]Rusiyada azərbaycanlı "killer"in məhkəməsi başlayır[/b]

 

Rusiyanın Ulyanovsk vilayətində ərini öldürməyi Azərbaycan vətəndaşına sifariş verən qadının cinayət işi məhkəməyə göndərilib.

 

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Ulyanovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Prokurorluq tərəfindən vilayətin ağır cinayət törətməkdə ittiham olunan iki sakini barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

İstintaq materiallarına görə, qətl hadisəsi 2014-cü ilin oktyabrında Dmitrovqrad şəhərində baş verib. 36 yaşlı kişinin cəsədi Svirskaya küçəsində yerləşən evlərin birinin giriş qapısında tapılıb.

 

Cinayətin təhqiqatı iki ildən çox çəkib. Müstəntiqlər mərhumla arvadı arasında münaqişəsnin olduğunu müəyyən ediblər. Məlum olub ki, qadın çörək sexində çalışan 39 yaşlı Azərbaycan vətəndaşına 500 min rubl qarşılığında ərini öldürməyi sifariş verib.

 

O, "killer"i qətli törətmək üçün silahla da təmin edib, ona 16 mm çaplı ov tüfəngi və mobil telefon verib.

 

Azərbaycanlı "killer" qadının ərini evin giriş qapısında güllələyərək öldürüb.

 

İstintaq Komitəsi qadın və Azərbaycan vətəndaşı barəsində Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb.

 

Azərbaycan vətəndaşına sifarişli qətl və qanunsuz odlu silah gəzdirmək maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

APA Baycan

Oxşar yazılar