[b]Xaçmaz sakini bacanağını qәtlә yetirdi [/b] - YENİLƏNİB
08 iyul 2016 13:10 (UTC +04:00)

[b]Xaçmaz sakini bacanağını qәtlә yetirdi [/b] - YENİLƏNİB

0

 

Qubada törədilmiş qətllə bağlı yeni təfərrüatlar məlum olub.

 

APA-nın şimal bürosunun verdiyi mәlumata görә, hadisə rayonun Nügədi Qazmalar kəndində qeydə alınıb. Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, Quba rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Nemət İsmayıl oğlunu bıçaqlayaraq qətlə yetirib.

 

İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.

 

Artıq  qətli törədən Emin Nəsirov Quba polisi tərəfindən saxlanılıb.

 

Rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Araşdırmalar davam edir.

 

 

***

 

12:37

 

Bu gün Quba rayonunda qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

 

Quba RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar