<b>Quba-Xınalıq yolunda hərəkət bərpa edilib</b> - <span style="color:red;">YENİLƏNİB
18 oktyabr 2016 14:18 (UTC +04:00)

Quba-Xınalıq yolunda hərəkət bərpa edilib - YENİLƏNİB

0

 

 

Qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Azəravtoyol" ASC-nin 6 saylı idarəsinin əməkdaşları yolda hərəkəti bərpa ediblər.

 

Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.

 

**

 

12:52

 

Quba-Xınalıq yoluna qaya parçası düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.

 

Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 6 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar