[b]Qardaşını baltalayaraq öldürənin məhkəməsi başladı[/b]
14 aprel 2016 11:14 (UTC +04:00)

[b]Qardaşını baltalayaraq öldürənin məhkəməsi başladı[/b]

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşınını qətlə yetirməkdə təqsirli bilinən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun bundan qabaq da 9 il məhkumluq həyatı yaşadığı bildirib. Məhkəmə baxışı aprelin 19-na təyin edilib.

 

Qeyd edək ki, keçən il dekabr ayının 18-də Suraxanı rayonu, Vahid Xəlilov küçəsi, ev 141 ünvanında baş verib. T.Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi endirərək onu öldürüb. Hadisədən sonra T.Ağayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, hadisə günü F.Ağayev evə sərxoş halda gəlib. O, qardaşı T.Ağayevi təhqir edib. Bundan sonra hər iki şəxs arasında mübahisə düşüb. Nəticədə qardaşının təhqirlərinə dözməyən 61 yaşlı T.Ağayev qətl törədib. Və beləliklə, cinayət işi başlanılıb, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Səlcuq Elçin

Oxşar yazılar