Bakıda qadının evindən külli miqdarda pul oğurlanıb. Lent.az xəbər verir ki, polisə müraciət edən Esmira Əlixan qızı bildirib ki, Əhmədov küçəsi 2 ünvanında yerləşən ona məxsus mənzildən naməlum şəxs və ya şəxslər 10 min manat oğurlayıb. Qadın hadisə baş verərkən mənzildə kimsənin olmadığını deyib.
Müraciət əsasında araşdırma aparılır.