Bakıda peşəkar güləşçi olan dostunu qətlə yetirməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 24-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Bakıda baş verib. Loğman Alıyev münaqişə zəminində dostu Elçin Tapdıqovu qətlə yetirib.
Loğman Aliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddəsi ilə ittiham edilir.
Qətlə yetirilən şəxs peşəkar güləşçi olub.