[b]Mübariz Qurbanlı: [/b]“Nardaranlılar qarşıdurma yaradanları qətiyyətlə pisləyir”
30 noyabr 2015 18:32 (UTC +04:00)

[b]Mübariz Qurbanlı: [/b]“Nardaranlılar qarşıdurma yaradanları qətiyyətlə pisləyir”

0

“Nardaranda əhalinin mütləq əksəriyyəti baş verənlərə görə hadisəni törədənləri, Nardarana kənardan gəlib hakimiyyətlə, dövlət qurumları ilə qarşıdurma yaradanları qətiyyətlə pisləyir”.

 

APA-nın məlumatına görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaran hadisələrində xarici təsirlərin rolu barədə sualı cavablandırarkən deyib.

 

M. Qurbanlı bildirib ki, dövlət səviyyəsində olmasa da, müxtəlif xarici dairələrin Azərbaycanda uzantıları ola bilər: “Bu uzantıların həm Nardaranda hadisələrində, həm də digər yerlərdə radikal ekstremist qrupların əməllərində özünü büruzə verməsi mümkündür. Amma bu, müvafiq qurumların araşdırma mövzusudur. Biz əsasən dövlətin din siyasəti və bu siyasətin əsas istiqamətləri üzərində dayanırıq. Dövlət-din münasibətlərində dövlət dini himayə edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar