[b]Mehman Hüseynov azadlığa buraxılmadı[/b]
15 dekabr 2017 16:49 (UTC +04:00)

[b]Mehman Hüseynov azadlığa buraxılmadı[/b]

 

Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə,  Bakı Apellyasiya Məhkəməsində  hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə  Mehman Hüseynovun vəkilləri Fəxrəddin Mehdiyev və Fuad Ağayev çıxış edib.

 

Onlar Mehman Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

 

Daha sonra xüsusi ittihamçısının nümayəndəsi Əlirza Əbilov çıxış edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını istəyib.

 

Mehman Hüseynov da çıxış edərək heç bir ittihamı qəbul etmədiyini? fəaliyyətinə görə həbs edildiyini deyib. Sonda bəraət hökmünün çıxarılmasını istəyib.

 

Hakimlər kollegiyası birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Xatırladaq ki, Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin onun barəsindəki qərarı ləğv olunub. Cinayət işini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıblar.

 

Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.

 

 

DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

 

 

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

 

 

Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Səlcuq Elçin

Oxşar yazılar

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

16 dekabr 2024 , 00:30
Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06