<b>Məhkəmə Maşallah Əhmədova ziyanı ödəmək üçün vaxt verdi </b>
13 yanvar 2017 15:56 (UTC +04:00)

Məhkəmə Maşallah Əhmədova ziyanı ödəmək üçün vaxt verdi

Keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan proses yenə baş tutmayıb.

 

Buna səbəb Maşallah Əhmədova vurduğu ziyanı ödəmək üçün vaxt verilməsidir.

 

Məhkəmə yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, bu gün M. Əhmədova hökm oxunmalı idi. Prokuror ona 9 illik həbs cəzası istəmişdi. Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Səlcuq Elçin

Oxşar yazılar