Azərbaycanda sünnət faciəsi ilə bağlı YENİ XƏBƏR - BU İYNƏYƏ GÖRƏ....
04 may 2017 16:55 (UTC +04:00)

Azərbaycanda sünnət faciəsi ilə bağlı YENİ XƏBƏR - BU İYNƏYƏ GÖRƏ....

0

 

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

 

Lent.az-ın “Trend”ə istinadən məlumatına görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novakain” dərmanının vurulmasından yaranıb:

 

“Ölüm qorxudan baş verməyib. Uşaqda “Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

 

Qeyd edək ki, Masallının Musaküçə kəndində 5 yaşlı K.Hüseynov sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağı olduğu bildirilir.

 

**

11:05

Dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, sünnət vaxtı ölən 5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun atası keçən il yol qəzasında vəfat edibmiş. Ailənin tək övladı olan Kənanı sünnət etdirmək istəyən doğmaları Ramiz Sadıqov adlı həkimi dəvət edib. Bu zaman uşağın ağladığını görən həkim ona iki sakitləşdirici vurub. Amma uşağın sakitləşmədiyini görən həkim onun üstünə qışqırıb. Azyaşlının babası uşağa su vermək istəsə də, həkim buna etiraz edib və hamını otaqdan çıxarıb.

 

Yaxınları bildiriblər ki, 5 yaşlı Kənan babasına yalvararaq otaqda qalmasını istəyib, lakin həkim onunda bayıra çıxmasını tələb edib. Bir qədər sonra isə iynələrin təsirindən Kənan vəfat edib. Çıxılmaz vəziyyətə düşən Ramiz Sadıqov cəsədi götürərək qaçmaq istəyib.

 

Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Artıq körpənin meyitinin xarici və daxili müayinəsi həyata keçirilib. 5 yaşlı uşağın ölümünə səbəb olan 70 yaşlı həkim isə hələlik saxlanılmayıb.

 

Qeyd edək ki, Qafqazinfo saytı bu gün Kənanın ad günü olduğunu yazıb.

 

 

*****

 

20:48

 

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

 

Lent.az-ın “report”-a istinadən məlumatına görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

 

Belə ki, valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

 

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

 

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov "Report"un yerli bürosuna bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar