Maşallah Əhmədovun işi üzrə DGK-ya sorğu göndərildi
25 aprel 2017 16:53 (UTC +04:00)

Maşallah Əhmədovun işi üzrə DGK-ya sorğu göndərildi

Tanınmış futbolçu Maşallah Əhmədovun barəsində olan birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə proses davam edib. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə M.Əhmədovla zərərçəkmişin İrandan gətirdiyi daşların qiyməti ilə bağlı sənədlər tələb olunub. Hakim Faiq Qasımov bununla yanaşı daşların gətirilmə və gömrük xərcləri ilə bağlı da araşdırma aparıldığını bildirib.

 

 Hakim deyib ki, bununla bağlı məhkəmə Dövlət Gömrük Komitəsinə sorğu göndərib. Həmçinin hakim zərərçəkmişdən dəymiş ziyanla bağlı real xərclənən məbləği əsaslandırılmış halda təqdim etməsini istəyib.

 

M.Əhmədovun vəkili bildirib ki, dəymiş ziyan şişirdilib, ekspertiza yüksək məbləğ hesablayıb.

Proses mayın 10-da davam etdiriləcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. “Neftçi”nin bizneslə məşğul olan keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Səlcuq Elçin

Oxşar yazılar