<b>Leyla Şıxlinskayanın klinikasının əməkdaşlarının məhkəməsi başlayıb</b>
16 noyabr 2017 11:13 (UTC +04:00)

Leyla Şıxlinskayanın klinikasının əməkdaşlarının məhkəməsi başlayıb

0

 

Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva , Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Anket məlumatları dəqiqləşdirilən zaman Ş. Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib. P. Əliyev Ağdam rayonunda anadan oıduğunu, himayəsində 2 azyaşlı uşaq olduğunu, hazırda Milli Elmlər Akademiyasında işlədiyini söyləyib. S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib. A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib. M.Hüsiyeva isə bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir. Y.Abdullayeva söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.

 

Məhkəmə noyabrın 20-də davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

 

 

Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işinə dair məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi. Leyla Şıxlinskaya Lent.az-a açıqlamasında rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı cinayət işi açıldığını təsdiqləmişdi: "Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

 

Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar