<b>Lapşinin istintaqı bitdi</b>
26 may 2017 11:53 (UTC +04:00)

Lapşinin istintaqı bitdi

0

 

Bloqçu Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Bu barədə Lent.az-a A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.

 

Onun sözlərinə görə, yaxın günlərdə iş materialları ilə tanış olacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar