Bu gün dələduzluqda təqsirləndirilən Azərbaycan millisinin keçmiş futbolçusu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Lent.az-ın məlumatınma görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xanşikiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhədovun anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, M.Əhmədov məhkəmə iclasında jurnalistlərin iştirak etməsini istəməyib. Proses qapalı keçiriləcək.
Məhkəmə oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, M.Əhmədov keçən il Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.