<b>Keçmiş ərini öldürən qadın "ZEK" şikayət edir</b>
09 avqust 2016 11:13 (UTC +04:00)

Keçmiş ərini öldürən qadın "ZEK" şikayət edir

Keçmiş həyat yoldaşını qətlə yetirən Səbinə İmanova birinci instansiya məhkəməsinin hökmündən şikayət verib.

 

 

Lent.az-ın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun icraatına verilib. Şikayət üzrə məhkəmənin ilkin baxış iclası avqustun 11-ə təyin edilib.

 

 

 

Qeyd edək ki, qətl keçən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş əri olan Adil Məmmədovu nənəsigilə qonaq çağırıb. Onlar birlikdə yemək yeyiblər, 0,7 litr həcmində spirtli içki qəbul ediblər. Bu zaman onlar arasında qısqanclıq zəminində mübahisələr yaranıb. Bu zaman Səbinə İmanova bıçaqla keçmiş ərini qətlə yetirib. Ona Cinayət Məcələsinin 120-ci (qəsdən adam öldürmə)  maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.

           

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə İmanova 12 il müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15