[b]Keçmiş arvadını öldürən şəxsin şikayəti təmin olunmadı[/b]
19 oktyabr 2017 10:42 (UTC +04:00)

[b]Keçmiş arvadını öldürən şəxsin şikayəti təmin olunmadı[/b]

Bakıda keçmiş arvadını amansızlıqla öldürən İsrail Cəlilovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

 

Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Daha sonra qərar elan edilib. Hakimlər kollegiyası təqsirləndirilən şəxsin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, bu il martın 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsi, Pünhan Təbrizli küçəsi, ev 10 ünvanında yaşayan İsrail Cəlilov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı Aysel Cəlilovanın boğazını bıçaqla kəsib. Aysel Cəlilova qan itirməsindən ölüb.
 

Məlum olub ki, qətlə yetirilən Aysel Cəlilova hadisədən iki ay əvvəl həyat yoldaşı İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Biləcəri qəsəbəsində atasının evində yaşayıb. 
Son bir ayda İsrail Cəlilov ailəsini bərpa etmək niyyətinə düşüb. O, qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İsrail Cəlilovu evə buraxıblar.
 

Hadisə baş verən günü, axşam saat 23:00 radələrində keçmiş ərinin yanında olarkən Aysel Cəlilovanın mobil telefonuna zəng gəlib. İsrail Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşub. Qadının dəqiq cavab verməməsindən əsəbiləşən Cəlilov keçmiş həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb. Qapını arxadan bağlayıb və mətbəxdən götürdüyü bıçaqla qadının boğazını bir neçə yerdən kəsərək, qətlə yetirib. Hadisə zamanı mərhumun atası və qardaşı evdə olub.
 

Həyat yoldaşını qətlə yetirən İsrail Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək təslim olub.
 

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrail Cəlilov 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmdən narazı qalan məhkum apelyasiya şikayətində cəzanın daha yüngül cəza ilə əvəz edilməsini istəmişdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21