Bu gecə Masallı rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı Muradov İbrahim Paşa oğlunun keçmiş həyat yoldaşı Hüseynova Röya Novruz qızını qısqanclıq zəminində öldürməsi dəqiqləşib.
Məlum olub ki, R.Hüseynova Masallıdakı mebel mağazalarından birində satıcı işləyirmiş. O, İ.Muradovdan ayrılandan sonra başqa şəxslə görüşməyə başlayıb. Dünən isə qadın tanışı ilə birgə Masallıdakı otellərdən birinə gedib. Xeyli vaxt ərzində keçmiş həyat yoldaşını izləyən 41 yaşlı İbrahim də həmin vaxt otelə basqın edib və məlum cinayəti törədib.
İ.Muradov keçmiş xanımına bir bıçaq zərbəsi endirib.
Bildirilir ki, qadının yanında olan şəxs də mebel işi ilə məşğul olur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
9:49
Keçmiş arvadını qətlə yetirmiş Masallı sakini tutulub.
Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, 41 yaşlı İbrahim Paşa oğlu Muradov hüquq-mühafizə orqanıları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Masallı rayonu ərazisində yerləşən otellerin birində qətl hadisəsi qeydə alınıb. Salyan rayon sakini, 22 yaşlı Röya Novruz qızı Hüseynova bıçaqla qətlə yetirilib. Qətlin Röya Novruzovanın keçmiş həyat yoldaşıı İbrahim Paşa oğlu Muradov tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.