<b>İTV-nin sabiq əməkdaşı vaxtından əvvəl həbsdən buraxılıb</b>
21 sentyabr 2016 10:41 (UTC +04:00)

İTV-nin sabiq əməkdaşı vaxtından əvvəl həbsdən buraxılıb

0

Jurnalist Azər İsrafilov həbsdən azad edilib.

 

APA-nın məlumatına görə,  Azər İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

 

Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. İsrafilov məhkəmə zalından həbs edilib. 2014-cü ildə A. İsrafilovun himayəsində 2 azyaşlı uşağının olması və ilk məhkumluğu nəzərə alınaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilib.

 

Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar