İrandan daxili orqanında narkotik keçirən şəxs tutuldu
23 avqust 2016 11:22 (UTC +04:00)

İrandan daxili orqanında narkotik keçirən şəxs tutuldu

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

 

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçiriblər.

 

Əməliyyat tədbiri nəticəsində, İrandan  Azərbaycana piyada gələn vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanında xalis çəkisi 311,46 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Səlcuq Elçin

Oxşar yazılar