<b> Beynəlxalq axtarışda olan türkiyəli barədə ekstradisiya qərarı çıxdı - Bakıda</b>
04 noyabr 2016 12:56 (UTC +04:00)

Beynəlxalq axtarışda olan türkiyəli barədə ekstradisiya qərarı çıxdı - Bakıda

0

 

Beynəlxalq axtarış üzrə insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Yaşar Kaplan Mustafanın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Hakim məhkəmə iclasında Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsinin də iştirak etdiyini bildirib.

 

Daha sonra məhkəmə qərarı elan edib. Y.Kaplanın Türkiyə Respublikasınıa ekstadisiya olunması barədə qərar çıxarılıb

 

Qeyd edək ki, Y.Kaplan Türkiyədə insan alverində təqsirləndirilərək axtarışda olub. O, Azərbaycan ərazisində həbs olunub. Y.Kaplan 2 dəfə Türkiyədə məhbusluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar