<b>İki qardaşı qanına bələyən şəxsin istəyi reallaşmadı</b>
16 avqust 2016 10:39 (UTC +04:00)

İki qardaşı qanına bələyən şəxsin istəyi reallaşmadı

Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən Hacıbağır Bağırovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən H.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.

 

 

Qeyd edək ki, qətl keçən il may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və onun qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Ə.Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıbağır Bağırov 18 il 6 ay, Rüstəm Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ehtiram Bağırov barəsində isə şərti cəza təyin edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Səlcuq Elçin

Oxşar yazılar